Azərbaycan prezidenti İlham Əliyev Almaniyada parlament seçkilərini udmuş xristian-demokratik ittifaqının rəhbəri, federal-kansler Angela Merkeli təbrik edib. Təbrikdə deyilir:
Hörmətli xanım Federal Kansler, başçılıq etdiyiniz siyasi birliyin parlament seçkilərində inamlı qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən Sizə bəslənən inam və etimadın təzahürüdür.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada birgə işimizin müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
İlham Əliyev Angela Merkeli təbrik edib
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50