İranda koronavirusa yoluxan deputatların sayı artıb.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, İran parlamentinin 23 deputatında koronavirus testi müsbət çıxıb.

İranda rəsmi məlumata görə koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb. İnfeksiya daşıyıcılarının sayı isə 1501 nəfərdir.