Türkiyə Milli Müdafiə Nazirliyi İdlibdə həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı ilə bağlı açıqlama yayıb.
Mia.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın məlumatına görə, bu günədək 2 hərbi təyyarə, 2 PUA, 8 helikopter, 135 tank, 5 hava hücumundan müdafiə sistemi, 2 557 rejim ünsürü zərərsizləşdirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl İdlibdə Türkiyənin 34 əsgəri şəhid edilib.
Bunun ardınca keçirilən əməliyyatda Suriya ordusunun 2 generalı da öldürülüb...
Mia.az