Son məlumata görə, Gürbulaq Gömrük İdarəsinə atılan raket bir gömrük əməkdaşının ölümünə səbəb olub.
Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan məlumat verib.
****
Ağrı şəhərinin Doğubəyazid rayonunda Gürbulaq Gömrük İdarəsinin avtobusuna raket hücumu olub.
“CNN Türk” xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib: “Raket maşının ön təkərinə dəyib. Hadisə nəticəsində yaralananlar var. Terrorçuları təqib edib sıxışdırmışıq. Hazırda atışma davam edir”,.
Qeyd edək ki, Gürbuluq Gömrük İdarəsi Türkiyənin İranla sərhədindən 3 km məsafədə yerləşir/Report.