Cənubi Koreyadakı ABŞ qoşunlarının hərbi qulluqçusunun yeni tip koronavirusa (COVID-19) yoluxması təsdiqlənib.

Mia.az xəbər verir ki, bu barədə ABŞ qoşunlarının qərargahı məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreyanın Çilqok şəhərindəki Karol hərbi bazasında xidmət edən 23 yaşlı əsgərin test nümunələrinin cavabı müsbət olub.