Küveyt və Bəhreyndə koronavirus infeksiyasına yoluxanların sayı artıb.

“Report” “Al-Arabiya”ya istinadən xəbər verir ki, epidemiyaya yoluxanların sayı Küveytdə 8, Bəhreyndə isə 6 nəfərə çatıb.

Məlumata görə, həm Küveyt, həm də Bəhreyndə infeksiya daşıyıcılarının hamısı İranda olub.