Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçalada keçirdiyi xüsusi əməliyyat nəticəsində rayonun icra başçısı da daxil olmaqla bir neçə vəzifəli şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, DTX-nın açıqladığı rəsmi məlumata görə, saxlanılanlar arasında Neftçalanın icra başçısının müavini Gültəkin Sadıqova da var.

Xatırladaq ki, G. Sadıqova fevralın 9-da keçirilən seçkilərdə YAP-ən rəsmi siyahısı ilə 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd olub. 

Lakin bu dairədən Sabir Rüstəmxanlı daha çox səs alıb.

Mia.az