Türkiyə Müdafiə Nazirliyi bu gün İdlibdə Suriya ordusunda qarşı keçirilən əməıliyyatla bağlı məlumat yayıb.
Mia.az xəbər verir ki, məlumatda Suriya ordusunun 50 hərbçisinin öldürüldüyü vurğulanıb: "Bununla yanaşı, Əsəd rejiminə məxsus olan 5 tank, 2 zirehli transportyor, 2 silahlı pikap, 1 haubitsa sıradan çıxarılıb”.
Məlumatda o da bildirilib ki, əməliyyat zamanı Türkiyənin 2 hərbçisi şəhid olub, 5 yaralı var.
Maraqlı budur ki, Rusiya Suriyanın cəmi 4 əsgərinin yaralanması ilə bağlı açıqlama yayıb.
Rusiyanın Suriyadakı Sülhüqoruma və Tərəfləri Uzlaşdırma Missiyasından verilən məlumata görə, bu gün Türkiyənin dəstəklədiyi müxaliflər İdlibin cənubuna hücuma keçib: "Onlar İdlibin cənubunda Türkiyənin güclü top atəşləri ilə Suriya ordusunun mövqelərini bombaladıqdan sonra Neyrab kəndinə daxil olublar. Hücum zamanı Suriyanın 4 əsgəri yaralanıb".
Rusiya eyni zamanda, Türkiyədən müxaliflərə silah yardımını dayandırmağı da tələb edib.
Mia.az