Xəbər verdiyimiz kimi, "Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə qarşı həmyerlilərdən ibarət 22 tanınmış alim bəyanat veriblər.
Onlar Zəlimxan Məmmədlinin seçkilərdə Milli Şuranın vahid
namizədi Cəmil Həsənlini dəstəkləyəcəyi barədə açıqlamasına etiraz ediblər.
Hətta sədrə sətiraltı xəbərdarlıq da ediblər:
"Zəlimxan Məmmədliyə isə
tövsiyəmiz budur ki, bir fərd olaraq öz siyasi mövqeyini ortaya qoyarkən
"Borçalı” cəmiyyətinin sədri statusu ilə çətirlənməsin və cəmiyyətin
nizamnamə müddəalarına sayğı ilə yanaşsın”.
Məsələ ilə bağlı mia.az-a açıqlama verən Zəlimxan Məmmədli bəyanatda adları çəkilənlərin etirazını qəbul etməyib. Eyni zamanda, cəmiyyət sədri bəyanata imza atanların bəzilərinin bundan xəbərsiz olduğunu da deyib:
«Təbii ki, bununla bağlı rəsmi
mövqeyimi bildirəcəm. Bu siyahıda adı gedənlərin bir neçəsi bu işdən xəbəri
olmadıqlarını ifadə ediblər. Bu
insanlar mənim vətəndaş mövqeyimdən
çəkindirmək istəyirlərsə, çox yanılırlar. Hər şeyin bəlli olması prosesi
başladı. Allah xeyir versin».
mia.az