Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili (2013-2018) fəal siyasətə qayıtdığını bəyan edib.
Bu barədə o, özünün “Twitter” səhifəsində bildirib.
“Gürcü Arzusu” avtoritarlığı seçməklə qırmızı xətti keçdi. Nə demokratiya, nə milli birlik, nə də Qərb yolu var. Fəal siyasətə qayıdıram. Dostlarım və gürcü xalqı ilə birgə Qərb seçimimizlə bağlı missiyamıza xidmət edəcəyəm”, - G.Marqvelaşvili yazıb/Report.