Bu gün Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli RATİ-də mətbuat konfransı keçirib. Öncə Cəmil Həsənlinin mətbuat katibi konfransın məqsədi barədə məlumat verib. Debatda Cəmil Həsənliyə qarşı olan hadisə ilə bağlı Cəmil müəllimin mövqeyinin ifadə olunacağını dedi. Sonra təşviqat materiallarının və saytın təqdimatı nəzərdə tutulub.
Daha sonra Cəmil Həsənli İlqar Məmmədovun sənədlərinin saxta çıxarılması məsələsinə toxundu: "Hafizin sənədlərinin guya düzgün çıxması Azərbaycandakı vəziyyəti ortaya çıxarır. Hafiz Hacıyevin sənədləri Prezident Administrasiyasında ikili münasibət yaratmışdı.
Bunlar elə bilir ki, Hafizlə məni qarşı-qarşıya qoymaq istəyirlər. Bəyan edirəm ki, istər Hafiz, istər başqaları tərəfindən mənə yönələn fikirlərə cavabı birbaşa İlham Əliyevə verəcəyəm. Hafiz Hacıyev kimisini qeydiyyata almaq xalq tüpürməkdir. Dövlətimizin imici çox qiymətlidir. Bizim sözümüz İlham Əliyevə ünvanlanacaq. Çünki bu vəziyyəti ortaya gətirən odur. Bu çürük, mənəviyyatsız rejimdir. Azərbaycan xalqı ayağa qalxmalıdır və bunlara yox deməlidir".
Sonra prezidentliyə namizədə suallar verildi. "YAP sizin cəzalandırılmağınızı bəyan edib. Necə hesab edirsiniz sizə qarşı hansı addımlar atıla bilərmi” sualına cavab olaraq C.Həsənli dedi ki, YAP qurama partiyadır: "Onun nə deyib-deməməsi mənim üçün maraqlı deyil. Mənim üçün maraqlı odur ki, bu milli mübarizədir, xeyir və şərin mübarizəsidir. Bu mübarizə davam edəcək. Sizi əmin edirəm ki, günü qara edilən millətin ziyalısının ağ kəfəndə dəfn olunmağa haqqı yoxdur. Bu mübarizədə mən xalqın önündə olacağam. Xalq da mənimlədir”.
Debatla bağlı suala cavabında C.Həsənli dedi ki, 6 dəqiqəlik vaxtını ayrıca çıxış etmək istədiyini lazımi müvafiq qurumlara bildirib.
22 sentyabr mitinqi ilə bağlı suala cavabında deyib ki, mitinq kütləvi olacaq. Çoxminli olacaq, özünüz görəcəksiniz ki, cəmiyyət necə hərəkətə gələcək.
"Sizə sui-qəsd təşkil edilə bilərmi, hər ehtimala qarşı hüqu-mühafizə orqznlarına, səfirliklərə müraciət etmək fikriniz varmı” sualına C.Həsənli "Mən Ziya Bünyadovdan artıq deyiləm. Bir az pafoslu çıxsa da deyim ki, əgər bu millətin azadlğı mənim ölmümdən keçirsə, canımdan keçməyə hazıram...”, - deyə cavab verib.
musavat.com