Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov İTV-nin canlı efirində prezidentliyə namizədlərin debatı zamanı Cəmil Həsənli ilə və Hafiz Hacıyev arasında yaranmış qalmaqala münasibət bildirib.
Modern.az saytına açıqlamasında AMİP lideri dünənki teledebatda baş verən hadisəni "biabırçılıq” adlandırıb: "Bu, biabırçılıqdı. Başqa heç nə deyə bilmərəm, sadəcə biabırçılıqdı”.
Özü və lideri olduğu partiyanın prezident seçkilərində iştirak etməməyinə baxmayaraq, E.Məmmədov prosesləri izlədiyini, ötən gün canlı yayımda yaşanan xoşagəlməz hadisələri pislədiyini bildirib.