Yaponiya rəhbərliyi koronavirus xəstəliyindən ilk ölüm faktını açıqlayıb.
“Interfax” xəbər verir ki, xəstəliyin qurbanı 80 yaşlı qadın olub.
O, Tokio yaxınlığındakı Kanaqava rayonunda ölüb.
Xatırladaq ki, koronavirusdan ölənlərin ümumi sayı 1 369 nəfərə çatıb, yoluxanların sayı isə 60 mini keçib/Report.