Bu gün Rusiya prezidenti Vladimir Putinlə və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan telefon da İdlibdəki gərginliklə bağlı müzakirə aparıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər Suriya böhranının aradan qaldırılması yollarını müzakirə edərkən Soçi razılaşmasının tam şəkildə yerinə yetirilməsinin vacibliyini bildiriblər.

Həmçinin iki dövlət başçısı İdlib ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı aidiyyəti qurumlar arasında əlavə təmasların yaradılmasına dair razılaşıb.