"Biz koronavirusu artıq nəzarət altına almağa başlamışıq".  

 Bunu Çinin Türkiyədəki səfiri Denq Li “AHaber”ə müsahibəsində koronavirusdan danışarkən bildirib. 

Diplomat "Koronavirus bioloji müharibədirmi" sualını isə belə cavablandırıb: “Çin hökuməti olaraq alimlərimizi bir araya gətirərək virusun mənbəyini tapmağa çalışırıq. Hazırda bir məsələdə fikirlərimiz üst-üstə düşür. Böyük ehtimalla, bu virus vəhşi heyvanlardan keçib. Çünki koronavirus, əslində, yarasadakı virusa 96% bənzəyir”.

Xatırladaq ki, Çinin Uhan şəhərində başlayan koronavirusdan ölənlərin sayı 1100-ü ötüb, yoluxanların sayı isə 42 mindən artıqdır./Report