“AXCP Yevlax rayonun təşkilatının üzvü Hüseynzadə Nəsib Yusif oğlunun tərəfimizdən saxlanması və 9-cu polis bölməsinə aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır”.

Mia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xdimətinin rəisi, polis mayoru Elşad Hacıyev  məlumat yayıb.

O bildirib ki, bu xəbər heç bir dəqiqləşdirmə aparmadan yayılıb: "iddialar dezinformasiyadır”.