"Moderator.az" saytının sahibi, "Bizim Yol” qəzetinin müxbiri Pərviz Həşimlinin məhkəməyə başına qara torba keçirilərək gətirilməsi və həbs olunan zaman yerə uzadılaraq dizindən zədə almasın tənqidi jurnalistikanın qorxudulması cəhdi kimi xarakterizə edilməklə yanaşı, etiraz doğurur.
Mia.az Moderator.az-a istinadən xəbər verir ki, deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə də Pəviz Həşimliyə qarşı MTN əməkdaşlarının bu cür sərt davranışlarının yolverilməz olduğunu bildirir: ”Mən rayonda seçicilərimlə görüşlərdə olduğumdan məlumatı ancaq mətbuatdan əldə edirəm. Saytınızda da onun başına torba keçirilməsiylə bağlı videoya baxdım.O xüsusi təhlükəli cinayətkar deyil ki, bu cür davranış sərgiləndi. Bu böyük bir cinayətkar şəbəkəyə qarşı həyata keçiilən əməliyyat planı deyil. Ona görə də mən buna öz etirazımı bildirirəm”.