Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Tomas Qreminqerlə görüşdə təşkilat rəhbərini yaxın vaxtlarda ölkəmizə səfərə dəvət edib.
Bu barədə ATƏT-in yaydığı xəbərdə bildirilir.
E.Məmmədyarov qeyd edib ki, baş katibin səfəri münasibəti ilə Bakıda yaşıl limanların inkişafı və birləşməsi üzrə konfrans təşkil ediləcək.
Tərəflər görüşün gedişatında ATƏT-in "Xəzər dənizi regionunda yaşıl limanlar və birləşmə" layihəsinin reallaşdırılmasının cari mərhələsini müzakirə edbilər/Report.