"Öz vəzifəsinin öhdəsindən gələ bilməyən aşağı seçki komissiyalarını cəzalandıracağıq".
Mia.az xəbər verir ki, bu sözləri MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, heç bir komissiya üzvünün xoşagəlməz hallarının olmasına göz yumula bilməz: “Xüsusilə də bilərəkdən səhv etmələrinə. Seçki Məcəlləsinin verdiyi imkanlardan istifadə edəcəyik. Lazım gəlsə, hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik”.