Tailandın Nakhon Ratçhasima şəhərində hərbi hissədən yolsuzluq avtomobili ilə qaçan əsgər küçədə yoldan keçənlərə avtomatdan atəşə tutub.
"RİA Novosti” xəbər verir ki, insident nəticəsində azı 12 nəfər ölüb, çox sayda yaralı var.
Yerli KİV onun ticarət mərkəzlərindən birində gizləndiyini yazıb.
Bildirilib ki, əsgər ticarət mərkəzində 16 nəfəri girov götürüb/Report.