Xalq Partiyasının lideri Pənah Hüseyn siyasi proseslərdən kənarda qalıb.Teleqraf.com-un məlumatına görə, buna səbəb Pənah Hüseynin seçkilərlə bağlı müxalifətin vahid namizədinin təbliği prosesinə buraxılmamasıdır.
Deyilənlərə görə, sabiq baş nazirin seçki proseslərinə cəlb olunması üçün Müsavatdan müəyyən cəhdlər olub, ancaq AXCP və ACP buna kəskin etiraz edib. Bundan sonra daima müxalifətdə baş verən siyasi proseslərin mərkəzində duran baş nazir hazırda davam edən seçki prosesindən kənarda saxlanılıb.