Məlumatı dəqiqləşdirmək üçün əlaqə saxladığımız Nazpəri Dostəliyevanın vəkili Yunis Vəliyev də xəbəri təsdiqləyib. O deyib ki, İlhamə Quliyevanın ATV telekanalının canlı yayımında işlətdiyi ifadələrə görə şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar Yasamal Rayon Məhkəməsinə şikayət veriblər.
Xatırladaq ki, İ.Quliyeva ATV-nin efirində N.Dostəliyevaya xitabən "mən yemirəm, yedizdirirəm” demişdi.
Onu da bildirək ki, xalq artistləri arasındakı növbəti iddia ilə bağlı məhkəmənin vaxtı gələn həftə bilinəcək.