“İdlibdəki vəziyyət hələ də kritikdir. Əsəd rejiminin silahlıları hərbçilərimizə də hücum edib, 8 şəhidimiz var. Biz əvəzini artıqlaması ilə ödədik. Bu məsələdə Rusiyaya da fikrimizi bildirdik”. 

 Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu slovakiyalı həmkarı Miroslav Lajcak ilə Bratislavada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə rejimin qarantı olan Rusiya ilə görüşlərini davam etdirir: "Prezidentimiz Ərdoğan iki gün öncə Putinlə telefon danışığı gerçəkləşdirib. Bu danışıqda heyətlərin görüşməsi qərarı verilib. Sabah Rusiyadan nümayəndə heyəti Türkiyəyə gələcək. Əgər zərurət yaranarsa, ölkə rəhbərləri səviyyəsində də görüşüləcək”./Report