Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda 4.0 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkan bu gün yerli vaxtla saat 09:31-də qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib. 

Dağıntı və tələfat barədə məlumat verilməyib/Report.