Hər ikisi də 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliklərini irəli sürmüş Qarabağ qazisi Kamil Musəvi ilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qalmaqal yaşanıb.
Mia.az xəbər verir ki, sakinlər içində üz-üzə gələn namizədlər aqressivlik nümayiş etdiriblər.
Daha sonra isə ətrafdan fit səsləri yüksəlib, onlar bir-birindən uzaqlaşıblar.
Hadisəyə polis də müdaxilə edib.
Məlumat üçün onu da qeyd edək ki, baş verən hadisə ilə bağlı Fəzail Ağamalı DİN, DTX və MSK-ya şikayət edərək, ona küt alətlə hücum olunduğunu bəyan edib.
Mia.az həmin görüntüləri və F.Ağamalının sosial şəbəkədəki hesabında yaydığı rəsmi şikayətinin surətini təqdim edirik: