Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Mia.az TRT-yə istinadla xəbər verir ki, telefon danışığı zamanı tərəflər Suriyada baş verən son hadisələri müzakirə ediblər.
Çavuşoğlu sonradan açıqlama verib ki, Türk ordusu bölgədəki məsələlərə seyirçi qalmayacaq: "Biz şəhidlərimizin qanlarını da yerdə qoymayacağıq"