MİA.az
MENU
  • GÜNDƏM
  • SİYASƏT
  • CƏMİYYƏT
  • KRİMİNAL
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • PRESS
  • DÜNYA
  • YAZARLAR
  • ŞOU-BİZNES
  • Bağla
← Əvvəl

Xoşqədəm bəzi namizədlərlə məzələndi: "Nənələr üçün narahatam ki, onlar qripə yoluxduracaqlar" - VİDEO

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı da deputatlığa namizədlərin nənələri öpmə məsələsinə reaksiya verib. 

Aparıcı belə namizədlərin yaşlıları koronavirusa yoluxdurcağını deyib.

O, sosial şəbəkədə görüntülər paylaşaraq nənələr üçün çox narahat olduğunu dilə gətirib:

“Deyirəm ki, indi virus var, özünüz bilirsiniz. Mən maska ilə gəzirəm. Bu bəzi namizədlər də küçədə, harada gəldi nənələri tutub öpürdülər. Mən xahiş edirəm ki, nənələri qoruyaq. Çünki virus salarsınız onlara. Ayın 9-u gəlsəydi, bu öpüşmə səhnələri bitərdi. Vallah, çox dəhşətdir, mən nənələr üçün narahatam ki, onlar bu qripə yoluxarlar. Çünki oxudum ki, daha çox yaşlı insanlar tez yoluxurlar. Namizədlər də küçədə, bacada, harda nənə gördülər, tutub öpürlər. İnşallah ki, onlara heç nə olmaz”. 

Qeyd edək ki, son günlərin ən çox müzakirə olunan məsələlərindən biri də deputatlığa namizədlərin öz dairələrində keçirdiyi görüşlərdə nümayiş etdirdikləri “həddən artıq səmimiyyət”dir. Daha doğrusu, namizədlərin yaşlıların, xüsusən, nənələrin əlini öpməsi və bu görüntüləri paylaşması birmənalı qarşılanmır. Bəziləri belə rəftarı səmimiyyətin göstəricisi kimi qəbul etsə də, bir qisim bunu namizədlərin “xal toplamaq cəhdi” kimi qiymətləndirir.

 

Yenisabah

2020-02-03 11:08 Bu yazı 2822 dəfə oxunmuşdur.

DİGƏR XƏBƏRLƏR

"Dedilər ki, burada nazir müavininin köməkçisinin köməkçi...

2026-04-07 09:04

Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - 2026-04-06 16:44

Mehriban Əliyeva Gürcüstanda Azərbaycan Mədəniyyəti Muzeyində ol...

2026-04-06 15:45

Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir

2026-04-06 14:07

Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı

2026-04-04 17:46

Xalq artistləri işdən çıxarıldı - Teat...

2026-04-04 13:47

Bu gün sizi nə gözləyir? -  2026-04-04 00:03

Nadir şah Əfşardan yadigar qalan "Zindan"... -&nb...

2026-04-03 21:55

2026 mia.az Mobil versiya
Rambler's Top100