ATƏT-in Parlament Assambleyası (ATƏT PA) fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini monitorinq etmək üçün 60-dan çox müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.
Mia.az ATƏT PA-ya istinadla bildirir ki, Bakıda və Azərbaycanın bir neçə bölgəsində seçkiləri müşahidə edəcək heyətdə ukraynalı deputat Artur Gerasimov xüsusi koordinator, albaniyalı deputat Elona Hoca-Qjebrea rəhbər olunub.