Fevralın 9-da keçiriləcək parlament seçkilərini 64 min 48 yerli müşahidəçi, 842 nəfər isə beynəlxalq müşahidəçilər izləyəcək.

Mia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, müşahidəçilərin qeydə alınma prosesi davam edir.