Nazirlər Kabineti Azərbaycanın magistratura səviyyəsində müasir ixtisasların yaradılması ilə bağlı qərarın izahını verib. 

Hökumətdən Mia.az-a verilən məlumata görə, “Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 26 nömrəli qərarı “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət kəsb edən sahələr üzrə bir sıra ixtisasların, o cümlədən “Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”, “Rəqəmsal hökümət”, “Neft-qaz çıxarmada nanotexnologiya”, “Süni intellekt”, “Məsafədən müşahidə” və “Dərman preparatlarının keyfiyyətinin təminatı” ixtisaslarının daxil edilməsini nəzərdə tutur: "Bu ixtisaslar üzrə yetişdirilən mütəxəssislər iqtisadiyytda yaranan kadr tələbatının təmin edilməsi, yeni yaranan sahələr və iqtisadiyyan müasirləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir".