YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun hərbi xidmət dövrü ilə yanaşı, müstəqillik dönəmində aldığı orden-medallı fotolarını da paylaşması sosial şəbəkənin gündəmi olub.
Mia.az xəbər verir ki, o, səhifəsində Əfqanıstan, Sədərək, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyini də qeyd edərək, belə yazıb: “Müharibə veteranı Siyavuş Novruzov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir”






