İtaliyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, fövqəladə vəziyyət 6 ay davam edəcək.

Qeyd edək ki, qərar İtaliyada 2 nəfərə koronavirus diaqnozu qoyulduqdan sonra verilib.

Xatırladaq ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus dünyanın 24 ölkəsində aşkarlanıb. Koronovirusdan ölənlərin sayı 213, yoluxanlar isə 9922 nəfərdir.