Şirvanda dəm qazından zəhərlənmə hadisəsi şəhərin M.Mirzəyev 23 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

Şirvan sakinləri olan ər və arvad – 1978-ci il təvəllüdlü Asim Süleymanov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Süleymanova Zeynəb Akif qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. 

Asim Süleymanov reanimasiyaya daxil olana qədər yolda keçindiyi qeyd edilir. 

Faktla bağlı araşdırma aparılır/APA.