117 saylı Oğuz - Qəbələ seçki dairəsindən deputalığa namizəd, "Real" TV-nin əməkdaşı Ləman Ələşrəfqızının seçicilərlə görüşləri davam edir.
Mia.az xəbər verir ki, o, dünən Qəbələdə seçicilərlə növbəti görüşünü keçirib: "Qəbələnin gözəl Qəmərvan kəndi. İnsanları da gözəl, mənzərəsi də. Mən bu görüşlərdə bilirsiz xüsusilə nəyi müşahidə edirəm? İnsanlar deputatı problemləri üçün axtarmırlar. Deyirlər ki, heç olmasa ildə bir dəfə gəlin seçicimizlə görüşün! Görün, insanları nədən məhrum ediblər?!".
Ləman xanım kənddə şəhid ailələri ilə də görüşüb: "Qəbələnin Qəmərvan kəndi Qarabağ müharibəsində 10-dan yuxarı şəhid verib.O şəhidlərdən birinin atası İkram kişi mənim solumda dayanıb. Dağ adamlarında qürur, saflıq olur. Bunu Qəmərvanda olduğum yarım saatda hiss etdim. Şəhidlərin məkanı cənnətdir, əziz Qəmərvanlılar. Bir cənnətdən o birinə köç edən oğullar həmişə yaşayacaqlar".

