"Bu debatı nə desən adlandırmaq olar, prezident və ümumiyyətlə seçki debatı adlandırmaq mümkün deyildir. Debat namizədlərdən cavablarını iki istiqamətdə yönəltməyi tələb edir.
1. Opponentinin səhvlərini inandırıcı açmalıdır.
2.Özü bu səhvləri necə aradan götürəcəkdir planına camaatı inandırmalıdır.
Təəssüf ki, belə bir proses baş vermədi. Kim nisbətən daha optimallığa yaxın danışdı sualına, əlbəttə Cəmil Həsənli cavabını verərdim. O konkret və məntiqlə nəyə görə Əliyevin bu debatlarda iştirakının vacibliyini və hansı suallara cavab verməlidir mövzusunu yaxşı açıqladı. Sözsüz, uzun illər televizordan çıxış etmək təcrübəsi, dediklərinə kifayət qədər qətiyyətli forma verməsinə kömək edə bildi.
YAP-ın və ya Əliyevin nümayəndəsinin onun pensiya almaq üçün saxtakarlıq etdiyini şişirtməsinə baxanda bu insanların hansı səviyyədə yazıq adamlar olduqlarını görməmək üçün kor, kar və lal olmaq lazımdır. Bu insandan ay bədbəxt xəbərin var ki planetdə ayda 3000 manatdan az maaş alan professor yoxdur. Cəmil müəllim səviyyəli professorun maaşı isə ən azı 8000 manatdır. Ay yazıq, bax gör qonşularımız kasıb Türkiyə və RF-da professorlar nə qədər maaş alır, ondan sonra səsini çıxar.
Görün o boyda professoru 2000 manat almaqdan ötəri nə günə salmısınız ki, hansı isə saxta arayış almağa məcbur olub.Həyasızlığın səviyyəsinə baxın. Cəmil müəllimin 2000 manatından söhbət açan və namizədliyini dəstəklənən Əliyev, BİR saniyədə 3000, BİR saatda 175 min, Bir gündə 4 milyon 200 min, BİR ayda 126 milyon, BİR ildə 15 milyard manat pul mənimsəyir”.