Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini geri götürənlərin sayı 293-ə çatıb. 

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumatda deyilir ki, seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Onlardan 1637 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: "Hazırda qeydə alınmış namizədlərin sayı 1344 nəfərdir".