Xətai rayonu 35 saylı üçüncü Dairə Seçki Komissiyasının sədri İmran Hüseynəliyev həlledici səs hüququ vəzifəsindən azad edilib.
Bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.
Onun yerinə isə Qaratov Qarat Şahnəzar oğlu təyin edilib.
Qeyd edək ki, İ.Hüseynəliyev öz xahişi ilə vəzifəsindən azad edilib/Report.
Vəzifədən azad edilən DSK sədri mətbuata açıqlamasında bunu səhhəti ilə əlaqələndirib: "Hazırda DİN-nin hospitalında müalicə olunuram".
Xatırladaq ki, bvu dairə üzrə əsas mübarizə partiya sədri İqbal Ağazadə ilə Rauf Arifoğlu arasında gedir.