Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin sayı artıb.
Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, az əvvəl Elazığın Mustafa Paşa məhəlləsindəkı dağıntıların altından daha 4 nəfərin cəsədi çıxarılıb.
Bununla da zəlzələdə həlak olanların sayı 35-ə yüksəlib.
Xatırladaq ki, Elazığda baş verən dəhşətli zəlzələ nəticəsində 1607 nəfər insan yaralanıb, 45 nəfər dağıntılar altından xilas edilib.