Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı müşahidə missiyasının üzvləri Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüş keçirib.
Mia.az "Report"a istinadla xəbər verir ki, görüşdə bu ilin fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunub.
Nümayəndə heyətinin üzvləri daha sonra Milli Məclisin rəhbərliyi və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək.