Suriya Baş Qərargah İdarəsi Türkiyə tərəfindən helikopterinin vurulmasına aydınlıq gətirib. Açıqlamada helikopterin türk qırıcıları tərəfindən vurulduğu təsdiqlənib.
Məlumata görə, Suriyaya məxsus kəşfiyyat helikopteri Türkiyə sərhəddində gizlənən terrorstləri izləyərkən radarlardan itib. Helikopter yaranmış texniki nasazlıq səbəbi ilə qısa müddət Türkiyə hava məkanına keçib. Lakin pilotlar dərhal geri qayıdıblar. Türk hava qüvvələri tərəfindən atəş açılan helikopter Suriya ərazisində düşüb.