"15 saylı Yasamal seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Yanvar ayının 7-də toplanmış imzaları və tələb olunan bütün digər sənədləri DSK-ya təqdim etmişəm. Cavab verilməsinin sonuncu günüdür. Hələ də bir cavab almamışam".

Mia.az xəbər verir ki, bu gün saat 15-də səlahiyyətli nümayəndəm DSK-ya, iclasa dəvət olunub: "Başqa dairələrdə, başqa namizədlərin də səlahiyyətli nümayəndələri adətən DSK-lara iclasa dəvət olunmur. 15-ci dairədə fərqli qaydalar tədbiq olunur, yoxsa bu fərqli qaydalar Arif Hacılıya aiddir? Günün sonuna bəzi suallara aydınlıq gələcək. Gözləyək".

Qeyd edək ki, Arif Hacılının açıqlamasından və qeyd etdiyi vaxtdan (15.00-dan) 1 saatdan çox vaxt ötsə də, hələ də onun qeydə alınıb-alınmaması ilə bağlı yeni məlumat verilməyib.

Onu da qeyd edək ki, bu dairədən biznesmen deputat Ülvi Quliyev, ADP sədri Sərdar Cəlaloğlu və digər tanınmış şəxslər də namizədliyini irəli sürüb.

Mia.az