Yeni Azərbaycan Partiyası (YAP) bu ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün irəli sürdüyü namizədlərin sosial tərkibinin statistikası açıqlayıb.
Bu barədə Yeni Azəarbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov açıqlama verib.
Bildirib ki, bu ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün YAP-ın irəli sürdüyü namizədlərin sosial tərkibinin statistikası aşağıdakı kimidir:
Namizədin sayı: - 123 nəfər
Qadın - 28 nəfər
Kişi - 95 nəfər
Yaş qrupları üzrə:
18-35 yaş - 18 nəfər
36-45 yaş - 35 nəfər
46-60 yaş - 40 nəfər
60-dan yuxarı - 30 nəfər
Fəaliyyət sahələri üzrə:
Dövlət sektoru - 32 nəfər
Milli Məclisin deputatı - 45 nəfər
Bələdiyyə üzvləri - 6 nəfər
Səhiyyə üzrə - 6 nəfər
Təhsil üzrə - 22 nəfər
Özəl sektor - 10 nəfər
Müvəqqəti işsiz - 2 nəfər
Təhsil üzrə: Ali - 123 nəfər
Elmi dərəcəlilər:
Elmlər namizədi - 22 nəfər
Elmlər doktoru - 21 nəfər
YAP rayon (şəhər) təşkilat sədrləri: - 8 nəfər
Report