Liviyanın BMT tərəfindən tanınan Millli Hökumətinə qarşı silahlı mübarizə aparan Xəlifə Həftər Putinlə Ərdoğanın "atəşi dayandırın" çağırışını rədd edib.
Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə onun özü açıqlama verib.
Həftər bildirib ki, Liviya Milli Ordusunun rəhbəri olaraq, bu çağırışa həssas yanaşır, lakin döyüşləri dayandırmaq niyyətində deyil: "Paytaxt Tripoliyə qarşı hücumlarımızı daha da genişləndirəcəyik Biz o zaman dayanacağıq ki, paytaxt Tripoli, Sirt və Misrata da daxil, Liviyanın bütün ərazilərini öz nəzarətimizə alacağıq".
Xatırladaq ki, Putinlə Ərdoğanın çağırışına Liviya Mili Hökuməti müsbət cavab vermişdi.
Mia.az