"Seçkilərlə bağlı hələlik ən böyük qanun pozuntuları Zaqatalada baş verir".
Mia.az xəbər verir ki, bu sözləri Müsavat başqanı Arif Hacılı sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, 110 və 111-saylı dairələrdə namizədlərin sənədləri qəbul edilmir, namizədlərə imza vərəqələrinin verilməsindən imtina olunur: "110 saylı dairə seçki komissiyasının sədri Fikrət Mustafayev xuliqanlıq edib. Namizədlərdən birinə fiziki təziq göstərib.
Müsavat Partiyasının namizədi Saleh Soltanova, hətta MSK-dan tapşırılsa da bu gün də imza vərəqələri verilmədi...".
Partiya sədri deyib ki, hətta sovet dövrünün raykom katibləri yerli əhali ilə belə davranmayıb: "Ümid edirəm ki, burada yazdıqlarımdan hərə özü üçün nəticə çıxaracaq və biabırçı davranışlara son qoyulacaq".