“Əmlakla bağlı məsələni istəsək də, nəzərə ala bilmirik”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir:
"Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, iddiaçının xeyrinə məsələni həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.