Birləşmiş Ştatlar general Qasım Süleymaninin öldürülməsindən sonra İranla münaqişənin diplomatik həllini axtarır.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında bildirib.

“Biz diplomatik həll yolu axtarırıq, amma əvvəlcə İran de-eskalasiyaya getməlidir”, - Esper belə deyib.

Pentaqon rəhbəri Vaşinqtonun İranla müharibə istəmədiyini bir daha təkrarlayıb/APA.