İranlı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-ın Yaxın Şərqdəki bütün hərbi bazalarına həyəcan siqnalı verilib.

Mia.az Türkiyənin "Haberler.com" saytına istinadla bildirir ki, bu barədə "CNN International"a ABŞ yetklilərindən biri məlumat verib.

Bildirilib ki, İranın ehtimal olunan raket zərbələrinəı qarşə  bölgədəki bütün "Patriot" müdafiə sistemləri hazır vəziyyətə gətirilib: "Bundan əlavə, ABŞ, Iraq, Küveyt, Səudiyyə Ərəbistan Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İoardaniyakı bütün hərbi bazalar döyüş vəziyyətini alıblar".

Məlumatda o da iddia olunub ki, ABŞ-ın ehtimal olunan zərbələrinə qarşı İran da tədbirlərə başlayıb.

Amerikalı yetkilnin sözlərinə görə, İranın uzaqmənzili raket sistemlərinin yerləşdiyi ərazilərdə hərəkətlilik var: "Böyük ehtimalla ABŞ-ın zərbələrindən ehtiyat edərək, silahların yerlərini dəyişirlər".

Bu arada isə Pentaqon rəhbəri Mark Esper CNN-ə bildirib ki, Vaşinqton Tehranla müharibəyə başlamaq yox, əksinə, buna son qoymaq istəyir.

Mia.az