İraqdakı şiələrdən ibarət "Haşdi Şabi" milis qruplaşması iranlı general Qasım Süleymaninin hansı ölkədən qalxan PUA ilə vurulduğunu açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, məlumatda Süleymanini  vuran "MQ-9 Reaper" adlı insansız hava aparatının (PUA) Qətərdən deyil, Küveytdən havaya qaldırıldığı bəyan olunub: ""MQ-9 Reaper" adlı raket təhcizatlı PUA-nın tək bir hava limanı var: o da Küveytdir".

Mia.az