İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ Prezdenti Donald Trampın Tehranı "52 obyektinizi vuracağıq, - hədəsinə cavab verib.

Mia.az İran mediasına istinadla bildirir ki, Baş qərargah rəisi, general Məhəmməd Baqiri ABŞ-ın İranla savaşa girəcək cəsaarətdə olmadığını bəyan edib: "Siz buna cəsarət edə bilməzsiniz. Buna sizin cəsarətiniz yoxdur.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Mia.az