ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin qızı evlərinə başsağlığına gələn İran prezidenti Həsən Ruhaniyə gözlənilməz sual verib.


Mia.az xəbər verir ki, Həsən Ruhaninin generalın evinə ziyarəti İranın dövlət televiziyası vasitəsi ilə canlı yayımlanıb.

Ziyarət zamanı Qasım Süleymaninin qızı Həsən Ruhaninin “Allah sizə səbr versin, bunun əvəzini çıxacağıq”, - sözünə qarşılıq olaraq, Prezidentə  “Atamın intiqamını kim alacaq?” - sualını verib.
 

Ruhani suala “Alacağıq, hər birinin intiqamını alacağıq, narahat olmayın”, - cavabını verib.



Qeyd edək ki, ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin iki qızı, iki oğlu var.

Mia.az